Kursk vilayətinə hücumlarda Ukraynaya gürcülər də dəstək verir... - Amerika nəşri

23:07 09.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusunun Kursk bölgəsinə hücumunda  120-yə yaxın gürcü yaraqlısı iştirak edir.

Hafta.az “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, bu haqda “The War Zone” saytı məlumat yayıb.

Amerika portalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarında "Gürcü legionu"nun 120-yə yaxın silahlısı iştirak edir.

Bundan əvvəl Kursk vilayətinə hücum edənlər arasında polşalı yaraqlıların da olduğu məlum olub.

“The War Zone” həmçinin ABŞ-nin Kiyevi kəşfiyyat məlumatları ilə təmin etməkdə davam etdiyini də bildirib.